İsveç Türkiyəyə silah embarqosunu ləğv edib

30 Sentyabr 2022 21:08 (UTC+04:00)

İsveç Türkiyəyə qarşı silah embarqosunu ləğv etdiyini açıqlayıb. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Silah İxracına Nəzarət üzrə Dövlət Departamenti (ISP) məlumat yayıb.

“2019-cu ildə dayandırılan Türkiyəyə ixraca yenidən icazə verilir”, - agentliyin açıqlamasında deyilir.

Sentyabrın 23-də məlum olub ki, Finlandiya və İsveçin NATO-ya qəbulu haqqında protokol Şimali Atlantika Alyansının 30 üzvündən 27-si tərəfindən ratifikasiya olunub. Türkiyə 2023-cü ilin iyununda ölkədə keçiriləcək ümumi seçkilər təyin olunana qədər “gözləmə rejimində” qalacağı ehtimal olunur.

İsveç və Finlandiyanın NATO-ya daxil olması prosesi isə bu ilin dekabr ayının sonuna qədər tamamlana bilər.

Qeyd edək ki, daha əvvəl Stokholm Ankaranın Skandinaviya krallığının NATO-ya daxil olmasına etirazından əl çəkəcəyi təqdirdə Türkiyəyə qarşı silah embarqosunu ləğv edə biləcəyini bildirmişdi.

Ağasəf Babayev