Nabiullina və Medvedyevin oğlu yeni sanksiyalara məruz qalır

30 Sentyabr 2022 20:58 (UTC+04:00)

ABŞ, Böyük Britaniya və Kanada Ukraynanın bir sıra regionlarını onun tərkibinə daxil etdikdən sonra Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

“Qara siyahı”ya onlarla fiziki şəxs və şirkət daxildir. Xüsusilə Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina, həmçinin Dövlət Dumasının və Federasiya Şurasının onlarla üzvü Vaşinqton və Londonun məhdudlaşdırıcı tədbirləri altına düşüb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bundan başqa, sanksiyalara əsasən, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin həyat yoldaşı və oğlu, müdafiə naziri Sergey Şoyqunun ailə üzvləri, baş nazir Mixail Mişustin, Milli Qvardiyanın rəhbəri Viktor Zolotov, Federasiya Şurasının sədri Valentina Matvienko, Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov, Moskva meri Sergey Sobyanin və digər rəsmi şəxslər daxil ediliblər.

Bu arada Kanada da öz növbəsində 43 yeni adı sanksiya siyahısına daxil edib. Qeyd edək ki, bubarədə ölkə hökumətinin saytı xəbər verir. Beləliklə, onların arasında rusiyalı iş adamları, maliyyə elitasının nümayəndələri və onların ailə üzvləri var.

Ağasəf Babayev