Ukraynanın NATO-ya qəbulu...

30 Sentyabr 2022 20:40 (UTC+04:00)

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Ukrayna hazırda alyansa qəbul edilə bilməz. O, “Deutsche Welle” (...qeyd edək ki, bu alman nəşri Rusiya Federasiyası Ədliyyə Nazirliyi tərəfindən xarici agent kimi tanınıb-A.B.) tərəfindən yayımlanan brifinq zamanı belə bir ehtimalı istisna edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Stoltenberq vurğulayıb ki, üzvlüklə bağlı qərar 30 tərəfdaş ölkənin görüşü vasitəsilə verilməlidir.

“İndi biz Ukraynaya özünümüdafiəsinə kömək etmək üçün ona dəstək verməyə yönəlmişik”, - deyə hərbi-siyasi blokun rəhbəri bildirib və əlavə edib ki, hazırda bütün NATO üzvlərinin diqqət mərkəzində olduğu əsas məsələ budur.

Ağasəf Babayev