Suriyanın şimalında 9 terrorçu zərərsizləşdirilib

30 Sentyabr 2022 19:28 (UTC+04:00)

Milli Kəşfiyyat Təşkilatının (MİT) Suriyanın şimalında terror təşkilatı DEAŞ-ın terror aktı həyata keçirməyə hazırlayan hücrə təştilatlanmasına qarşı keçirdiyi əməliyyatda 1-i ölü 19 terrorçu zərərsizləşdirilib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, DAEŞ-in Suriyadakı türk qurumlarına, xüsusilə Türkiye Silahlı Qüvvələrinin (TSQ) şəxsi heyətinə qarşı sensasion aksiyalar təşkil etmək üçün xüsusi hücrə təşkil etdiyi müəyyən edilib.

MİT-in kəşfiyyat və əməliyyat dəstəyi ilə Azad Suriya Ordusuna (ASO) bağlı yerli təhlükəsizlik qüvvələri “Fərat Qalxanı” və “Sülh çeşməsi” əməliyyatı bölgələrində əməliyyatlar həyata keçirib.

Bu əməliyyatlarda 1-i ölü olmaqla 19 terrorçu zərərsizləşdirilib, çoxlu sayda partlayıcı, silah və sursat ələ keçirilib.

Tutulan DEAŞ-ın hücrə üzvləri Suriyadakı TSQ baza ərazilərinə və türk qurumlarına qarşı intensiv kəşfiyyat işləri apardıqlarını, Suriyada TSQ maşınlarının gündəlik iş rejimini izlədiklərini, avqust və sentyabr aylarında TSQ maşınlarına qarşı 4 əməliyyat keçirməyə cəhd etdiklərini də etiraf ediblər.