Şimal buzlu okeanı sürətlə turşulaşır, çünki...

30 Sentyabr 2022 19:12 (UTC+04:00)

Həm də Arktika okeanı kimi tanınan Şimal Buzlu okeanı digər okean hövzələrinə nisbətən 3-4 dəfə daha sürətli turşulaşır.

SİA xəbər verir ki, “The Guardian” qəzetinin yazdığına görə, Çinin Jirnei və ABŞ-ın Delaver universitetinin tədqiqatçıları apardıqlar araşdırmada müəyyən ediblər ki, atmosferdəki karbon qazının üçdə birini udan Şimal Buzlu okeanı qalıq yanacaqların istifadəsi səbəbindən daha turşu olur.

Tədqiqat çərçivəsində 1994-2020-ci illərdə Arktikadan toplanmış məlumatlar digər regionlardakı okean hövzələri ilə müqayisə edilib. Məlum olub ki, Şimal Buzlu okeanında turşulaşma digər regionlardakı okeanlara nisbətən 3-4 dəfə tez baş verir.

Son 30 ildə Arktika bölgəsində dəniz buzlarının sürətlə əriməsi uzunmüddətli turşulaşma sürətini artırıb. Buz əriməsi dəniz suyunun qələviliyini aşağı saldığından suyun turşuluğa qarşı müqavimət qabiliyyəti azalıb.

Dəniz buzlarının əriməsinin sürətlənməsi Atlantik, Sakit okean, Hindistan, Antarktika və sub-Antarktika hövzələrində karbon dioksid emissiyalarını sürətləndirir.

Alimlərin proqnozlarına görə, Arktikanın qərbində dəniz buzlarının əriməsi davam edərsə, bu proses yaxın bir neçə onillikdə daha da güclənə bilər.

Turşulaşmanın artmasının dəniz sisteminə mənfi təsir edəcəyi gözlənilir, çünki bu, suyun karbonla doyma dərəcəsini artırır. Bu, mərcanların böyüməsinə mənfi təsir göstərir və bəzi metalları daha zəhərli edir.

Araşdırma "Science" jurnalında dərc olunub.