"Şuşa qələbəmizin simvoludur" - POLİTOLOQ ŞƏRH ETDİ

30 Sentyabr 2022 19:01 (UTC+04:00)

"44 günlük Vətən Müharibəsinin ikinci ildönümü münasibətilə Prezident İlham Əliyev Şuşaya səfər etdi. Dövlət başçısı səfər çərçivəsində bir çox ciddi infrastruktur layihələr ilə tanış oldu". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazədə deyib.

Onun sözlərinə görə, Ermənistan Şuşada vandalizm aktı həyata keçirdib: "Gövhər Ağa məscidinin memarlıq xüsusiyyəti tamamilə dağıdılıb və Azərbaycan xalqının milli və mənəvi dəyərlərinə yad olan digər simvolları bərpa edib. Prezident İlham Əliyev bura səfər etməklə Azərbaycanın Qarabağda hakim mövqedə olduğunu sübut etdi. Dövlət başçısı səfər çərçivəsində bir sıra infrastruktur layihələri ilə də tanış oldu. Şuşa qələbəmizin simvoludur. 1992-ci ildə Şuşanın işğal olunması Azərbaycan xalqında ruhi və mənəvi geriləməyə səbəb oldu. Bu gün Şuşanın azad olması Azərbaycanın Ermənistan üzərindəki qələbəsidir".

Arzu Qurbanlı