"Dialoqa hazırıq, amma Rusiyanın başqa prezidenti ilə..."

30 Sentyabr 2022 18:51 (UTC+04:00)

Bu arada Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Kiyev yalnız Vladimir Putin prezident postundan gedəndən sonra Rusiya ilə danışıqlar masasına oturacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti məlumat yayıb.

Qeyd edək ki, DXR, LPR, Xerson və Zaporojye vilayətlərində keçirilən referendumun nəticələri barədə danışan Putin Ukraynanı bütün hərbi əməliyyatları dayandırmağa və danışıqlar masasına qayıtmağa çağırıb. Zelenski bu çıxışa cavab olaraq videomüraciət yayıb.

“...Ukrayna danışıqlar səylərində lider olub və qalır: Rusiyaya bərabər, vicdanlı, layiqli və ədalətli şərtlərdə birgə yaşamaq barədə razılığa gəlməyi həmişə təklif edən bizim dövlətimiz olub. Açığı, bu Rusiya prezidenti ilə bu mümkün deyil... Ona görə də biz Rusiya ilə dialoqa hazırıq, amma Rusiyanın başqa prezidenti ilə”, - deyə Zelenski videomüraciətində cavab verib.

Xatırladaq ki, sentyabrın 30-da Rusiya prezidenti Vladimir Putin Donetsk və Luqansk Xalq Respublikalarının, Zaporojye və Xerson vilayətlərinin Rusiyanın tərkibinə daxil edilməsi haqqında sazişlər imzalayıb.

Ağasəf Babayev