ABŞ iki ölkənin müstəqilliyini tanıdı

30 Sentyabr 2022 18:11 (UTC+04:00)

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, ABŞ Kuk adaları və Niuenin müstəqilliyini tanıyıb.

ABŞ prezidenti Cozef Bayden ABŞ-Sakit Okean Adaları Ölkələri Sammitindəki çıxışında ABŞ və Sakit Okean adaları ölkələri arasında uzun müddətdir mövcud olan diplomatik və müdafiə əlaqələrinə diqqət çəkərək deyib: “Sakit okean adalarının təhlükəsizliyi bizim əsas prioritetimiz olaraq qalır. ABŞ Sakit okean adası ölkələrindəki proqramlara 810 milyon dollardan çox ayıracaq. Bu yardımların 330 milyonu iqlim dəyişikliyi ilə bağlı yeni investisiya və proqramlara aiddir. ABŞ bu ölkələrlə hər sahədə əlaqələrini davam etdirəcək. Kuk adaları və Niuenin suverenliyini tanıdığımızı elan etməkdən məmnunam”.