Təhsil mərkəzində terror aktı törədilib, 20 nəfər ölüb

30 Sentyabr 2022 09:20 (UTC+04:00)

Əfqanıstanın paytaxtı Kabulun qərbində yerləşən təhsil mərkəzində törədilən terror aktı nəticəsində azı 20 nəfər ölüb, 35 nəfər yaralanıb.

SİA xəbər verir ki, məlumatı “Al Jazeera” televiziyası yayıb.

“Taliban” hökmətindən bildirilib ki, partlayışı terrorçu-kamikadze törədib.