Azərbaycan səfiri Finlandiya Prezidenti ilə görüşüb - FOTO

30 Sentyabr 2022 09:02 (UTC+04:00)

Azərbaycanın Finlandiyadakı səfiri Zaur Əhmədov bu ölkənin Prezidenti Sauli Niinistö ilə görüşərək etimadnaməsini təqdim edib.

SİA xəbər verir ki, bu barədə səfir "Twitter" hesabında yazıb.

“Mən Finlandiya Respublikasının Prezidenti Zati-aliləri cənab Sauli Niinistöyə etimadnaməmi təqdim etmək şərəfinə nail oldum. Azərbaycanı Finlandiyada təmsil etməkdən şərəf və qürur duyuram”, - səfir sosial şəbəkə hesabında yazıb.