"Hər bir vətəndaşa ildə 173 kilo ərzaq israf edilir" - Aİ HESABAT

30 Sentyabr 2022 02:39 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) ölkələri hər il 87,6 milyon ton ərzaq israf edir. SİA xəbər verir ki, Avropa Şurası tərəfindən hazırlanan və bu gün sosial mediada paylaşılan məlumatlara görə, Aİ ölkələrində yaşayan hər bir vətəndaşa ildə 173 kilo ərzaq, ümumilikdə 87,6 milyon ton qida israf edilir.

İstehsal olunan ərzaq məhsullarında itki və itkilərin 50 faizinin ev təsərrüfatlarının payına düşdüyü bildirilib, 19 faizinin istehsal prosesində, 12 faizinin qida xidmətlərində, 11 faizinin birinci istehsalatda, topdansatış prosesində isə 5 faiz təşkil etdiyi vurğulanıb. Bildirilib ki, Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədi çərçivəsində 2030-cu ilə qədər pərakəndə və istehlakçı səviyyəsində adambaşına düşən ərzaq tullantılarının iki dəfə azaldılması üçün bəzi ciddi tədbirlər həyata keçirilib.