407 Kanada əsgəri ordudan qovuldu

30 Sentyabr 2022 02:22 (UTC+04:00)

Kanada Ordusunun COVID-19 peyvəndindən imtina edən hərbi qulluqçuları ordu sıralarından azad edilib. SİA xəbər verir ki, indiyədək 407 əsgər bu səbəbdən ordudan qovulub.

Castin Trudeau hökumətinin 2021-ci ilin oktyabrında bütün dövlət işçilərindən iki doza COVID-19 peyvəndi tələb etmək qərarı hərbi personala da aid edilib.

İyun ayında bu qərar dövlət qurumlarının əksəriyyəti üçün ləğv edilsə də, hərbçilər üçün qüvvədə qalıb.