"İan" qasırğası ABŞ-da 13 nəfərin ölümünə səbəb oldu

30 Sentyabr 2022 02:11 (UTC+04:00)

Gözlənilən qasırğa ABŞ-ın Florida ştatını vurub. SİA xəbər verir ki, bölgədə baş verən ağır dağıntılar üzə çıxıb. Səlahiyyətlilər indiyədək “İan” qasırğası nəticəsində ən azı 13 nəfərin öldüyünü təsdiqləyib, eyni zamanda, itkilərin sayının artacağı gözlənilir.

Dünən axşam saatlarında ABŞ-ın Florida ştatını 4-cü kateqoriya səviyyəsində vuran “İan” qasırğası ölkədə böyük dağıntılara səbəb olub. Bir çox yollara, körpülərə və binalara ciddi ziyan dəyib. Florida Fövqəladə Hallar Nazirliyindən verilən açıqlamada bildirilib ki, ərazidə aparılan işlər zamanı indiyədək ən azı 500 nəfər xilas edilib.