Ağstafada avtomobil qəzası olub

30 Sentyabr 2022 01:04 (UTC+04:00)

Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. SİA-nın Qərb bürosunun məlumatına görə, minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində 1976-cı il təvəllüdlü X.Qurbanov və 2000-ci il təvəllüdlü A.Rüstəmov xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.