Sumqayıtda maşın aşıb - xəsarət alanlar var

30 Sentyabr 2022 00:42 (UTC+04:00)

Sumqayıtda maşın aşıb. SİA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Sahil küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan 99-GR-401 dövlət nömrə nişanlı “Nissan X-TRAIL” markalı avtomobilin sürücüsü idarəetməni itirərək minik vasitəsini aşırıb.

Qəza nəticəsində sürücü və onun sərnişini xəsarət alıb. Avtomobilə ciddi ziyan dəyib. Minik vasitəsi Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin duracağına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.