Avtomobilin vurduğu məktəbli xəstəxanada ölüb

30 Sentyabr 2022 00:32 (UTC+04:00)

Şəmkir rayonunda avtomobilin vurduğu piyada müalicə aldığı xəstəxanada dünyasını dəyişib. SİA-nın Qərb bürosunun məlumatına görə, sentyabrın 28-də Könüllü kəndində avtomobilin vurduğu - 2009-cü il təvəllüdlü S.Əliyev müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, hadisə zamanı biri məktəbli olmaqla daha 2 piyada da xəsarət alıb. Onların müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.