Etirazçılar İran səfirliyinə girməyə cəhd edib

30 Sentyabr 2022 00:31 (UTC+04:00)

Norveçin paytaxtı Osloda İranda hicab qaydalarına əməl etmədiyi səbəbilə polis tərəfindən saxlanıldıqdan sonra dünyasını dəyişən Məhsa Əmininin ölümünə etiraz edən nümayişçilərdən bəziləri İran səfirliyinə girməyə cəhd edib. SİA xəbər verir ki, 22 yaşlı Əminin ölümünə etiraz etmək üçün Osloda İran səfirliyi qarşısında çoxlu insan toplaşıb. Səlahiyyətlilər polislə nümayişçilər arasında toqquşma zamanı bir qrup nümayişçinin İran səfirliyinə girməyə cəhd etdiyini bildirib. Polis 90 nəfərin saxlanıldığını bildirib.