Fransada yaşayış minimumu və pensiya islahatına etiraz edilib

30 Sentyabr 2022 00:19 (UTC+04:00)

Fransada təhsil, nəqliyyat, səhiyyə və ictimai birliklərin ümumi tətil çağırışından sonra prezident Emmanuel Makron tərəfindən planlaşdırılan yaşayış minimumu və pensiya islahatına etiraz edilib. SİA xəbər verir ki, paytaxt Parisdə yağan yağışa baxmayaraq etirazlara minlərlə adam qatılarkən, həmkarlar ittifaqları Parisdəki nümayişə 30 minə yaxın adamın qatıldığını bildirib.

Bələdiyyə, poçt, vergi idarələri kimi bir çox rəsmi qurumların işçiləri tətilə dəstək verərkən, uzun müddətdir iş şəraitindən və yetərincə maaş almamasından şikayətçi olan səhiyyə işçiləri də etirazçılar arasında olub. Həmkarlar ittifaqları Makronun pensiya islahatı ilə iqtisadiyyatı yaxşı idarə edə bilmədiyi üçün inflyasiyanın yüksəlməsindən sonra xalqın alıcılıq qabiliyyətinin azaldığına diqqət çəkib. Tələbələr də həmkarlar ittifaqının çağırışına dəstək verərkən, bir çox şəhərlərarası və bölgələrarası qatarlarda fasilələr və ixtisarlar baş verib. Bildirilib ki, beynəlxalq miqyasda fəaliyyət göstərən "Eurostar" və "Thalys" qatarlarında da fasilələr olub. Parisdəki nümayişdə iştirak edən 49 yaşlı müəllim Marian Talba, "Biz üç uşaqla maaşlarımız üçün buradayıq, pensiya məsələsi üçün də buradayıq"-deyib.