"Nobel" mükafatlı din xadimi uşaqlara qarşı "cinsi istismarda" ittiham olunur

30 Sentyabr 2022 00:12 (UTC+04:00)

Qandonduran xəbər Vatikandan gəlib. SİA xəbər verir ki, "Nobel" sülh mükafatlı katolik din xadimi Karlos Filipe Ximenes Belo 1990-cı illərdə Şərqi Timor arxiyepiskopu vəzifəsində çalışarkən yetkinlik yaşına çatmayanlara "cinsi zorakılıq etməkdə" günahlandırılıb. Vatikana yaxın mətbuat orqanlarında yer alan xəbərə görə, Hollandiyanın "De Groene" qəzeti, bəzi qurbanların ifadələrinə əsasən, Belonun 1990-cı illərdə bəzi yetkinlik yaşına çatmayanlara təcavüz etdiyini yazıb.

Adının açıqlanmasını istəməyən şahidlər Belonun sui-istifadəsinə məruz qaldıqlarını bildirərək, katolik yepiskopunu cinsi istismarda ittiham ediblər. Vatikanın mətbuat sözçüsü Matteo Bruni, hazırda 74 yaşında olan Belo ilə bağlı verdiyi açıqlamada, Vatikan administrasiyasının İnam Doktrinası icmasının bu məsələ ilə 2019-cu ildə məşğul olduğunu və ittihamlara görə 2020-ci ilin sentyabrında yepiskop üçün bəzi intizam məhdudiyyətlərinin tətbiq edildiyini söyləyib. Bildirilib ki, Bruninin qeyd etdiyi intizam tədbirləri Belonun azyaşlılarla görüşməsinə mane olmaqdır. Özü də Şərqi Timordan olan katolik yepiskopu olan Belo 1996-cı ildə ölkəsindəki problemləri həll etmək üçün göstərdiyi mübarizəyə görə "Nobel" sülh mükafatına layiq görülüb.