Məşhur ulduz Şakiraya daha bir böyük zərbə!

30 Sentyabr 2022 00:07 (UTC+04:00)

Uzun illər birlikdə yaşadığı iki övladının atası Xerard Pikenin xəyanəti hələ təzə ikən məşhur ulduz Şakiranı daha bir bəd xəbər sarsıdıb. SİA xəbər verir ki, kolumbiyalı müğənni, bəstəkar, rəqqasə və aktrisa Şakira məhkəmədə mühakimə olunacaq. Qalmaqal həftələrdir bütün dünyanın bir nömrəli gündəminə çevrilmişdi. Ağrıları hələ təzə olan dünya ulduzu Şakiranı yeni şok sarsıdıb. Məşhur ulduz vergidən yayınmaqda ittiham olunur və məhkəmə qarşısına çıxacaq. Prokurorluq 2012-2014-cü illərdə 14,5 milyon avro vergidən yayınmaqla 6 müxtəlif cinayətdə ittiham olunan Şakiranın ümumilikdə 8 il 2 ay həbs və 23,8 milyon pul cəzası tələb etdiyini açıqlayıb.

Ötən yay məhkəmənin barışıq tələbini rədd edən kolumbiyalı müğənni indiyə qədər vəkili vasitəsilə verdiyi bütün ifadələrdə özünü müdafiə edib və günahsız olduğunu bildirib. "Barselona"da çıxış edən futbolçu Xerard Pike ilə əlaqəsi zamanı burada məskən salan Şakira 183 gündən çox İspaniyada yaşadığı üçün bu ölkənin qanunlarına görə vergi ödəyicisi olub. İttiham tərəfinin fikrincə, Şakira İspaniyada vergi ödəməmək üçün gəlirlərini və aktivlərini İspaniya Vergi İdarəsindən gizlədib, onları Britaniya Virgin Adaları, Kayman adaları, Malta, Panama və Lüksemburqda yerləşən şirkətlər şəbəkəsinə köçürüb. Digər tərəfdən, "Səssiz qalmağa və hadisələri həzm etməyə çalışdım" deyən 45 yaşlı müğənni Şakira verdiyi müsahibədə münasibətini bitirməsi ilə bağlı suallara "Bu mövzudan danışmaq həqiqətən çətindir" sözlərini işlədib.