Hulusi Akar və Ukraynanın infrastruktur naziri arasında görüş keçirilib

30 Sentyabr 2022 00:00 (UTC+04:00)

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov ilə görüşüb. SİA xəbər verir ki, görüşün mövzusu Ukrayna limanlarından taxıl daşınması olub.

Hulusi Akar da İstanbuldakı Birgə Koordinasiya Mərkəzində əməkdaşlıq və koordinasiya çərçivəsində aparılan işlərdən məmnunluğunu ifadə edib.