Putin Ərdoğana “şəffaf” referendumdan da danışıb

29 Sentyabr 2022 23:23 (UTC+04:00)

...Rusiya prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığında ona DXR, LPR, Zaporojye və Xerson vilayətlərində keçirilən referendumun nəticələri barədə məlumat verib.

...Səsvermənin şəffaflıq şəraitində, beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğun şəkildə keçirildiyi vurğulanıb. Bu regionların sakinləri BMT Nizamnaməsi, 1966-cı il beynəlxalq insan hüquqları paktları və 1975-ci il Helsinki Yekun Aktının müddəalarına uyğun olaraq öz müqəddəratını təyinetmə hüquqlarından istifadə etmişlər.

Putin həmçinin “Şimal axını 1” və “Şimal axını 2” magistral qaz kəmərlərinə qarşı törədilən təxribata fundamental qiymət verib. Qeyd olunub ki, Rusiya bu məsələni BMT Təhlükəsizlik Şurasında təcili müzakirəyə çıxarır.

Ağasəf Babayev