Ərdoğan danışıqlara daha bir şans verməyə çağırıb

29 Sentyabr 2022 22:22 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

SİA TASS-a istinadən yazır ki, tərəflər beynəlxalq gündəliyi müzakirə ediblər.

Qeyd olunur ki, Ərdoğan Ukraynadakı vəziyyətin müzakirəsi zamanı “tənzimləmə üçün danışıqlara şans verməyə” çağırıb.

Bundan əlavə, Türkiyə lideri bildirib ki, noyabrda başa çatacaq “məhsul sövdələşməsi” adlanan müqavilənin müddəti uzadılmalıdır. Onun sözlərinə görə, bu tədbir ümumi maraqlara cavab verəcək.

Bunu “RİA Novosti” yayıb.

Bundan əlavə, Ərdoğan qeyd edib ki, Ankara Rusiya kənd təsərrüfatı məhsullarının fasiləsiz ixracı üçün kanalın təşkili üzərində işləməyə davam edir.

Qeyd edək ki, bundan bir müddət əvvəl Türkiyə prezidentinin Rusiya və Ukrayna rəsmilərinin şəxsi görüşünü təşkil etməyə çalışdığı xəbər verilmişdi.

Ağasəf Babayev