Dünya Bankı bu ölkəyə 512,2 milyon dollarlıq kredit ayırdı

29 Sentyabr 2022 21:59 (UTC+04:00)

Dünya Bankı iqlim və təbii təhlükələrə davamlı mənzil və infrastruktura çıxışı artırmaq üçün Türkiyəyə 512,2 milyon dollar kredit ayrılmasını təsdiqlədi.

SİA-nın əldə etdiyi məlumata görə, bankdan verilən açıqlamada bildirilir: “Maliyyə İqlim və Fəlakətə Dözümlü Şəhərlər Layihəsi üçün nəzərdə tutulub.

Dünya Bankı İcraçı Direktorlar Şurası iqtisadi inkişafı və insanların həyatının qorunmasına dəstək məqsədi ilə iqlim və təbii təhlükələrə davamlı mənzil və infrastruktura çıxışı artırmaq üçün Türkiyəyə ayrılacaq 512,2 milyon dollar maliyyələşdirməni təsdiq edib. Nəticədə 1 milyondan çox riskli yaşayış binaları yenidən qurulacaq və ya möhkəmlənəcək, verilən kreditlərdən isə 32 min nəfər faydalanacaq.

Yaşayış yerləri və infrastruktur obyektlərinin iqlim təsirlərinə davamlı olması Türkiyənin iqlim dəyişikliyi və ətraf mühitin davamlılığı ilə bağlı öhdəliklərini yerinə yetirməsi və iqtisadi artımını davam etdirməsi üçün mühüm əhəmiyyət kəsb edir”.