Əks-hücuma keçmək Ukraynanın öz ideyası olub

29 Sentyabr 2022 21:21 (UTC+04:00)

Xüsusi hərbi əməliyyatın ilkin mərhələsində ABŞ Rusiya qanadlı raketlərinin yaxınlaşması ilə bağlı Ukraynaya xəbərdarlıq edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, “Air Force Times” xəbər verir ki, bunu ABŞ Hərbi Hava Qüvvələrinin Avropa və Afrikadakı komandanı general Ceyms Hekker deyib.

Hekkerin sözlərinə görə, xəbərdarlıq siqnalları Ukrayna tərəfinin döyüşməsinin qarşısını alıb. Sonra Amerika komandanlığı taktikasını dəyişdi və Kiyevə rus texnikasının yeri barədə kəşfiyyat məlumatı ötürdü.

“...Biz onlara vurmaq göstərişi vermədik. Biz onlara sadəcə olaraq, kəşfiyyat xəbərləri ötürdük. Obyektləri hədəfə almaq istəsələr, qərarı özləri versinlər”, - deyə general ukraynalıların əks-hücuma keçmələri tamamilə Ukrayna hərbçilərinin özlərinin ideyası olub. Yəni burada Amerikalıq bir şey yoxdur.

Qeyd edək ki, bundan əvvəl Pentaqon Ukraynaya ötürülən silahların sayını açıqlamışdı. Fevralın sonundan bəri ABŞ Ukraynaya 660 mindən çox mərmi və raket göndərib. Bundan əlavə, 142 artilleriya sistemi, 47 min portativ raket sistemi və 1,4 mindən çox portativ zenit-raket kompleksi, 15 helikopter, 42 əks batareya radarı, 10,2 min avtomat və tapança, 64 milyona yaxın patron və 18 patrul kateri köndərilib.

Ağasəf Babayev