"On bir saat qaranlıqda, yağışda dayananlar var"

29 Sentyabr 2022 20:54 (UTC+04:00)

Artıq bir həftədir ki, Qərbi Qazaxıstanın Rusiya ilə sərhədindəki bütün sərhəd məntəqələri fövqəladə rejimdə işləyir. Qeyd edək ki, sərhəddəki vəziyyət Vladimir Putinin elan etdiyi səfərbərlik və hərbi əməliyyatlarda iştirak etmək istəməyən minlərlə rus Rusiyadan kütləvi şəkildə qaçmasından sonra yaranıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, qazaxlar rusların regiona belə axını heç vaxt olmadığını etiraf edirlər.

Qeyd edək ki, ruslar üçün Qazaxıstana əsas giriş nöqtələrindən biri də Qərbi Qazaxıstan vilayətindəki Uralsk (Oral) şəhəridir ki, Rusiyanın üç regionundan: Saratov, Samara və Orenburqdan burada xeyli insan yığılıb.

Uralsk yaxınlığındakı əsas sərhəd keçidi Sırımdır, Samaradan magistral yolda yerləşir. Orada, sərhəddə, yağışda rus nömrələri olan çoxlu kilometrlərlə avtomobillərin böyük bir növbəsi var: elə bil sıranın quyruğu üfüqdən kənarda bir yerdə gizlənir. Sərhədçilərin sözlərinə görə, Rusiya sərhədi hələ də açıqdır, ona görə də insanlar gəlməkdə davam edir. Bəzən günlərlə kilometrlərlə tıxacda dayanırlar.

“…Mən 32 kilometr yolu yeddi saat piyada gəldim. Saat on ikiyə qədər sərhədə çatdıq və bütün gecəni, sonra isə günün daha yarısını növbədə dayandıq”,

Bunu Roman adlı Rusiya vətəndaşı deyir.

Əsasən Rusiyadan qaçıb Qazaxıstanla sərhəddə növbəyə duran insanlar adlarını açıqlamamağı, üzlərini göstərməməyi xahiş edirlər: Qazaxıstanın onları öz vətənlərinə qaytaracağından qorxurlar. Əksəriyyət açıq deyir ki, müharibədən qaçırlar.

Rusiyalı Yevgeni deyir ki, orada kifayət qədər rahat həyatım var idi. Necə deyərlər, fevralın 24-nə qədər heç nə problemdən xəbər vermirdi və hər şey sonra başladı. İndi isə heç bir hərbi hekayəyə girmək istəmirəm.

Qeyd edildiyinə görə, Uralsdakı taksi sürücüləri rusların ölkədən getməsindən yaxşı pul qazanırlar. Belə ki, onlar sərhədi keçənlər üçün qiymətləri bir neçə dəfə artırırlar.

Amma deyim ki, insaflıları da var. Məsələn, Andrey alı rus da Rusiyadan qaçanlardandır. Onun dediyinə görə, artıq könüllü işləməyə başlayıb. Belə ki, həmyerlilərini sərhəddən Uralska pulsuz aparır.

...İnsanlar keçid məntəqəsindən piyada keçirlər. Gecə on bir saat yağışın altında dayanan insanları qaranlıqda maşınıma mindirdim, isindirdim və Uralska çatdırdım deyən rus sürücü onların Qazaxıstandakı sonrakı həyatlarından da narahatçılığını gizlətməyib.

Ağasəf Babayev