"Ronaldo 40 yaşına qədər oynayacaq"

29 Sentyabr 2022 20:04 (UTC+04:00)

"Mançester Yunayted"in fdutbolçusu Kriştiano Ronaldonun anası Dolores Alveyro oğlunun karyerası barədə fikirlərini bölüşüb.

SİA Qol.az-a istinadən xəbər verir ki, o, 37 yaşlı hücumçunun 40 yaşına qədər futbol oynayacağını deyib: "Mütləq belə olacaq. Onun arzusu var. Ronaldo 40 yaşına qədər oynayacaq".

Qeyd edək ki, Ronaldo karyerası ərzində "Sportinq", "Real", "Yuventus" kimi komandalarda da oynayıb. O, ötən ilin yayında "Mançester Yunayted"lə 2+1 illik müqavilə imzalayıb. Futbolçu 2003-2009-cu illərdə də bu komandanın formasını geyinib. Forvardın anası isə oğlunun yenidən "Sportinq"də çıxış etməsini istəyir.