"Ermənistan ya bu torpaqları tərk etməlidir, ya da..." - HƏRBİ ESKPERT ŞƏRH ETDİ

29 Sentyabr 2022 17:58 (UTC+04:00)

"Ermənistan heç vaxt öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib". Bu sözləri SİA-ya açıqlamasında hərbi eskpert Emin Həsənli deyib.

Onun sözlərinə görə, artıq bu onlarda xroniki xəstəliyə çevrilib: "Azərbaycan Ordusu düşmənin başına dəmir yumruğu endirib. Ermənistan tərəfi yenə də bundan bir nəticə çıxartmır. Ardı-ardına təxribatlar törətməyə çalışırlar. Azərbaycan Ordusu hakim mövqeyə sahibdir. Artıq Ermənistan cəmiyyəti sözünü deməlidir. Onların başqa alternativ yolu yoxdur. Azərbaycan sonsuzadək səbr edə bilməz. Ermənistan tərəfi ya bu torpaqları tərk etməlidir, ya da normal qonşuluq münasibətləri qurmalıdır. Əks halda Ermənistanın varlığı sual altında qalacaq. Azərbaycan artıq əvvəlki Azərbaycan deyil. Azərbaycan güclü dövlətdir".

Arzu Qurbanlı