“Cəngi” rəqs ansamblı IV Dünya Köçəri Oyunlarında iştirak edəcək

29 Sentyabr 2022 17:59 (UTC+04:00)

IV Dünya Köçəri Oyunlarında ölkəmiz geniş tərkibdə təmsil olunacaq.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu tədbirdə Azərbaycanı “Cəngi” rəqs ansamblı təmsil edəcək.

Mötəbər yarışa 3000 idmançı, 1500 rəqqas, 200 nəfər xor və 200 nəfər orkestr qatılacaq.

Sentyabrın 30-da “Cəngi” rəqs ansamblının baş tutacağı solo konsertində "Qaytağı", “Dağlı”, “Naxçıvanı” və başqa rəqs nümunələri təqdim olunacaq.

Qeyd edək ki, 2014-cü ildən keçirilən Dünya Köçəri Oyunlarının təntənəli açılış və bağlanış mərasimində bu dəfə “Cəngi” estrada folklor ansamblı iştirak edəcək.

Açılış mərasimində “Qəhrəmanlar”, “Ağacın kökü”, “Xorum”, “Cəngi” və “Yurd” rəqsləri nümayiş olunacaq.