Valeriyanın oğlu və gəlini Rusiyadan qaçıb

29 Sentyabr 2022 18:09 (UTC+04:00)

Rusiyanın Xalq artisti Valeriyanın oğlu və gəlini ölkədən qaçıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, səsləndirilən iddialara sənətçinin gəlini Liana Şulqina münasibət bildirib.

O, etiraf edib ki, sentyabrın əvvəlində əri və qızı ilə xaricə uçub. Biz sentyabrın əvvəlindən Dubaydayıq”,- deyə Liana qeyd edib.

Qeyd edək ki, Şulqina Valeriyanın kiçik oğlu Arseni ilə evlidir.

Ayşən Vəli