Tərtər rayonunda şəhidlərin ildönümü qeyd olunub FOTOLAR

29 Sentyabr 2022 17:15 (UTC+04:00)

Azərbaycanın 44 günlük Vətən müharibəsində Tərtər rayonunun şəhidləri - Aslanov Xəyal Qüdrət oğlunun, Əzizov Ayşad Qaryağdı oğlunun, Hüseynov Eşqin Cəsarət oğlunun, Əliyev Elməddin İlqar oğlunun və Vətən müharibəsi zamanı düşmənin şəhərə atdığı mərminin partlaması nəticəsində həyatını itirmiş Tərtər rayon Mamırlı kəndindən şəhid olmuş qardaşlar- Abbasov Xaliq Asif oğlu və Abbasov Elşən Asif oğlunun şəhadətlərinin ikinci ildönümü qeyd olunmuşdur. Mərasimlərdə YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev və təşkilatın məsul əməkdaşları, YAP fəalları, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Mərasim iştirakçıları vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirələri ehtiramla anıb, ruhlarına dualar oxuyub, onların döyüş yolu barədə söhbət açıb, valideyinlərinə başsağlığı veriblər. Görüşdə şəhidlərin şərəfli həyat və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edilib, şəhid ailəsinin qayğı və problemləri dinlənilmişdir. Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!