Paytaxtın bu yollarında sıxlıq var - DİQQƏT! - QURUMDAN RƏSMİ AÇIQLAMA

29 Sentyabr 2022 16:41 (UTC+04:00)

Hazırda Bakının əsas avtomobil yollarında hərkət sıxlığı ilə bağlı vəziyyət açqılanıb. Daxili İşlər Nazirliyinin İntellektual İdarəetmə Mərkəzindən SİA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda sıxlıq müşahidə edilən yollar aşağıdakı kimidir:

1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən 20 Yanvar m/st istiqamətində;
2. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
3. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
4. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
5. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən Dədə Qorqud parkı istiqamətində;
6. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
7. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən 20 Yanvar m/st istiqamətində;
8. Niyazi küçəsi, İçərişəhər m/st istiqamətində;
9. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur.

Arzu Qurbanlı