31 ədəd eynisəviyyəli piyada keçidinin işıqlandırılması təmin edilib - BNA-VİDEO

29 Sentyabr 2022 16:47 (UTC+04:00)

Dayanıqlı şəhər mobilliyi prinsiplərindən çıxış edərək Bakı şəhərində piyadalar üçün təhlükəsiz hərəkət mühitinin formalaşdırılması, bu məqsədlə uyğun infrastrukturunun yaradılması ilə bağlı tədbirlər davam etdirilir. BNA-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu çərçivədə eynisəviyyəli piyada keçidlərinində hərəkət təhlükəsizliyi daha da artırılır.

Belə ki, paytaxtın iki əsas prospektini əlaqələndirən, nəqliyyatın intensiv hərəkətinin müşahidə olunduğu Müzəffər Nərimanov küçəsində piyada adacıqları inşaa edilib və eynisəviyyəli piyada keçidlərinin işıqlandırılmaqla piyada təhlükəsizliyi əhəmiyyətli dərəcədə artırılıb.

Ümumilikdə Bakı şəhərinin inzibati ərazisində 31 ədəd eynisəviyyəli piyada keçidinin bu formada işıqlandırılması təmin edilib. Analoji layihələr davamlı olaraq icra edilməkdədir.