"Victoria's Secret"in jurnal çəkilişi baş tutub

29 Sentyabr 2022 16:37 (UTC+04:00)

"Victoria's Secret" alt paltarı brendinin "mələkləri" kimi məşhurlaşan supermodellər jurnal çəkilişlərində olublar. SİA xarici mətbuata istinadən xəbər verir ki, onlar plastik tullantılar, süni çiçəklər və dəsmallar kimi istifadə olunmuş materiallardan hazırlanmış geyimlərlə "More or Less" davamlı stil jurnalı üçün poza veriblər.

Çəkilişlərdə Alessandra Ambrosio, Candice Swanepoel, Elza Hosk, Lily Aldridge, Stella Maxwell, Lais Ribeiro, Martha Hunt, Sara Sampaio və Leomie Anderson kimi məşhur simalar da iştirak edib.

Ayşən Vəli