Hande Yener iranlı qadınlara belə dəstək oldu

29 Sentyabr 2022 16:09 (UTC+04:00)

Türk müğənni Hande Yener də iranlı qadınlara dəstək olub. SİA xəbər verir ki, o, konsertində həmkarı Mələk Mosso kimi saçlarını kəsərək sözügedən ölkədə etirazçı qadınların polislər tərəfindən öldürülməsinə üsyan edib.

“Bu gecə azadlığı üçün savaşan bütün qadınlar üçün... Onlara və dünyadakı bütün qadınlara azadlıq diləyirəm. Üzümüz gülsə də, ürəyimiz qan ağlayır”, - deyə, Hande bildirib.

Ayşən Vəli