MMA döyüşçülərimiz 5 medal qazanıb

29 Sentyabr 2022 15:41 (UTC+04:00)

Azərbaycanın beş MMA döyüşçüsü Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında medal qazanıb. SİA-nın verdiyi məlumata görə, 56 kq çəki dərəcəsində çıxış edən Yusif Əliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

83 kq-da yer alan Fərman Həsənov ikinci yeri tutub. 56 kq da Nicat Xankişiyev, 61 kq-da Tahirə Babayeva və 70 kq-da İmran Abbasquliyev isə bürünc medallara sahib çıxıblar.