"Azərbaycan bütün istiqamətlərdə son sözünü deyib" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

29 Sentyabr 2022 15:41 (UTC+04:00)

"Revanşist qüvvələr Ermənistanın istər özündə, istərsə də xaricində kifayət qədər çoxdur. Bu qüvvələrin əsas mərkəzləri Kaliforniya ştatı, Amerika, Yunanıstan, Portuqaliya və Fransadadır". Bu sözləri SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, bu ölkələrdə varlı ermənilər və diaspora var: "Onlar bu oyunu pozmaq istəyirlər.

Ümumiyyətlə, erməni xalqını idarə edən rəhbərlik ayılmalıdır. Onlar sanki yuxudadır və məğlubiyyəti unudublar. Onlar başa düşmür ki, Azərbaycan bütün istiqamətlərdə son sözünü deyib. Bu son sözü də bütün dünya qəbul edib və dəstəkləyib. Mənim erməni xalqına yazığım gəlir. Onları nağıllarla aldadıblar".

Deputat sözlərinə belə davam edib: "Mən, tam olaraq Azərbaycan hakimiyyətinin mövqeyini dəstəkləyirəm. Ermənilərin üzərində həmişə o Dəmir Yumruq olmalıdır. Çünki bunlar dinc dayanan deyillər. Ümidim onadır ki, erməni xalqı Paşinyanı müqaviləni imzalamağa məcbur edəcək. Artıq iki ildir ki, bu müqavilə masa üzərindədir. Dünya da bu məsələnin həll olunmasının tərəfdarıdır. Lakin, sülh müqaviləsindən sonra da Ordumuz daim hər şeyə hazır olmalıdır. Onlar dinc dayanan adam deyillər. Onlar yenə oyun çevirəcəklər. Bu onların millət olaraq ümumi xəstəliyidir".

Ayşən Vəli