“Milli həmrəylik Azərbaycan xalqının təbii güc mənbəyidir” ŞƏRH

29 Sentyabr 2022 15:19 (UTC+04:00)

Hər bir xalqın milli varlığının əsas amillərdən biri onun milli həmrəyliyidir. Ölkəmizin dövlət siyasətinin əsas istiqamətlərindən biri də dünyada yaşayan soydaşlarımızın birliyinin təşkil olunmasıdır. Azərbaycanın ərazi bütövlüyünün qorunması, müstəqil dövlətimizə qarşı hər hansı təhlükənin, təcavüzün qarşısının alınması, onun demokratik, dünyəvi, hüquqi, milli bir dövlət olaraq inkişaf edib möhkəmləndirilməsi hər bir azərbaycanlının şərəfli vəzifəsi olmalıdır. Sarsılmaz milli-mənəvi dəyərlərimizə bağlılıq, milli həmrəyliyimizin və birliyimizin bariz nümunəsidir ki, 2020-ci ilin sentyabrın 27-də Ali Baş Komandanımızın əmri ilə erməni təxribatlarına qarşı aparılan əks-həmlə əməliyyatları başlanan kimi xalqımız bir yumruq olaraq dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini, Qarabağın azadlığı uğrunda ortaya qoyulan bu iradəni dəstəklədiyini bildirdilər. Dilindən, dinindən, siyasi və sosial mənsubiyyətindən asılı olmayaraq, hər kəs eyni amal uğrunda bir yumruq kimi Prezident İlham Əliyevin ətrafında birləşdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tariximizə Şanlı Böyük Qələbə zəfərini yazdı. Azərbaycan ordusu sentyabrın 27-də başlanan Vətən müharibəsini hərbi-siyasi yolla 44 günə bitirdi. 44 gün ərzində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut, Şuşa və Qarabağdakı bir çox yaşayış məntəqələri hərbi yolla azad edildi, erməni ordusu darmadağın edildi. Azərbaycan ordusu Ermənistanın 30 illik işğalına son qoymaqla, bir güllə atmadan, Ağdamın, Kəlbəcərin və Laçının işğaldan azad edilməsinə nail olmaqla dünyada qalib xalq, məğlubedilməz dövlət kimi özünü yenidən təsdiq etdi. Beləliklə, sentyabrın 27-dən başlayaraq dekabrın 1-nə qədər davam edən bu mərhələdə Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əsgər və zabitləri 44 gün davam edən Vətən müharibəsində hərb tariximizin yeni şanlı səhifələrini yazdılar. Müzəffər Azərbaycan ordusu 30 illik həsrətə son qoyaraq əzəli və əbədi torpaqlarımızı işğaldan azad edərək tarixi ədaləti bərpa etdi.Cənab Prezidentin də qeyd etdiyi kimi, işğaldan azad edilmiş bütün torpaqlarımızda həyat yenidən öz axarına düşəcək və erməni vandalları tərəfindən viran qoyulan ərazilərimizdə bütün yaşayış məntəqələri və infrastruktur yenidən qurulacaq, inkişaf edəcək. Ərazi bütövlüyünü bərpa edən, tarixi torpaqlarında üçrəngli bayrağımızı ucaldan Azərbaycan dövləti bu tarixi Qələbədən sonra daha da qüdrətlənəcək, inkişaf edəcək.

İntiqam Quliyev

YAP Ağdam rayon təşkilatının sədr müavini