İranlılar bu dəfə kadrlarımızı oğurladılar

29 Sentyabr 2022 14:58 (UTC+04:00)

Xalq artisti Qurban İsmayılovun "Ata ocağı" serialındakı illər öncəki rəqsi yenidən gündəm olub. SİA xəbər verir ki, aktyorun serial rol naminə rəqs etdiyi səhnəni iranli blogger özlərinə aid edib. Belə ki, həmin şəxs bu rəqsi "Tvitter" hesabında paylaşaraq yaxın günlərdə bu halın İranda baş verdiyini iddia edib. Həmçinin blogger videonun altına bu sözləri əlavə edib: "Həyatımda gördüyüm ən ağır səhnələrdən biridir. Ata İran rejiminin məcburi hicaba görə insanların öldürülməsinə qarşı etirazlarda qətl edilən qızının yasında rəqs edir" deyərək o bildirib.