Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri şəhid ailələri ilə görüşmüşlər FOTOLAR

29 Sentyabr 2022 14:39 (UTC+04:00)

Vətən müharibəsinin ildönümünə və Anım Gününə həsr edilmiş silsilə tədbirlər çərcivəsində Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri Şəhidlər Xiyabanına ziyarət yürüşü keçirmiş və şəhid ailələri ilə görüşmüşlər. “Zəfər səlnaməmizin şanlı tarixi” mövzusu ətrafında və qələbənin ildönümündə Azərbaycan xalqının qəhrəmanlıq tarixinə, eləcə də Vətən müharibəsinin yaratdığı yeni reallıqlara dair qənaətlərini bölüşmüşlər. XXI əsrdə Azərbaycan ordusunun dünya hərb tarixinə gətirdiyi yeniliklər haqqında fikirlər səsləndirmişlər. Ziyarətdə YAP İnstitut üzrə Ərazi Təşkilatının sədri s.e.ü.f.d Sənan Həsənov, İnstitutun böyük elmi işçisi , Qarabağ müharibəsi iştirakçısı, kapitan Fikrət Nəbiyev, Həmkarlar Təşkilatının sədri Asya Əhmədova, Gənc Alimlər Şürasının sədri Tünzalə Musayeva və digər alimlər iştirak etmişlər. Ziyarət xalq lider-birliyinin sarsılmzalığını və şəhidlərimizin qəhrəmanlığının bu birliyin əbədiliyini ifadə edən şüarlar və şəhidlərimizin ruhuna oxunan dualarla başa çatmışdır.