Şamaxıda şəhid Zöhrab Allahverdiyevin məzarı ziyarət olunub

29 Sentyabr 2022 13:21 (UTC+04:00)

YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı və aparatın əməkdaşları 44 günlük Vətən Müharibəsi zamanı şəhidi olmuş Allahverdiyev Zöhrab Sübhan oğlunun doğum günü münasibətilə məzarını ziyarət ediblər. Ziyarət zamanı şəhidin məzarı önünə gül dəstələri düzüb ruhuna dualar oxuyublar. Sonra şəhidin ailəsinə də baş çəkiblər.Təşkilat sədri Tural Qasımlı çıxış edərək qeyd edib ki, müharibənin taleyini müəyyənləşdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri oldu. Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfər, uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycan xalqının özünəinamını geri qaytardı və xalqın öz Liderinə etibarını daha da möhkəmləndirdi.

Sonda çıxış edən şəhidin atası Allahverdiyev Süphan Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə göstərdiyi qayğıdan danışdı və hər zaman dövlətin şəhid ailələrinin yanında olduğunu bildirdi.