Media Reyestrinin işə salınması hansı yenilikləri gətirəcək? - MEDİA EKSPERTİ AÇIQLADI

29 Sentyabr 2022 12:46 (UTC+04:00)

"Media Reyestrində media subyektləri, onların redaksiyaları və jurnalistlərə dair elektron hökumət portalında mövcud olan məlumatların inteqrasiyanın həyata keçirilməsi, ümumiyyətlə, istifadəçilərin istifadə imkanlarını genişləndirəcək və əlavə bürokratiyanı azaldacaq". Bu sözləri SİA-ya açıqlamasında media eksperti Azər Həsrət deyib.

Onun sözlərinə görə, elektron hökumət portalında olan şəxslərlə media qurumları ilə bağlı məlumatlar media reyestrinə inteqrasiya edildikdən sonra istər yeni media fəaliyyətinə başlayanlar, istərsə də mövcud media fəaliyyəti ilə məşğul olanlar haqqında ayrı-ayrı dövlət qurumlarına gərək olan informasiyalar vahid mərkəzdən əldə edilə biləcək: "Jurnalistlərlə media qurumları ilə bağlı istənilən məlumatı bir mənbədən əldə etmə imkanı yaranacaq. Bu, həm insanların rahatlığını təmin edəcək, həm də vətəndaş məmnunluğuna əlavə töhfə verəcək".

Arzu Qurbanlı