Sabah hava necə olacaq? - QURUMDAN AÇIQLAMA

29 Sentyabr 2022 12:19 (UTC+04:00)

"Sentyabrın 3--da Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz olacaq". Bu fikirləri SİA-ya açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O qeyd edib ki, mülayim şimal-qərb küləyi əsəcək: "Havanın tempraturu 24-27 dərəcə isti olacaq. Bölgələrdə isə əksər rayonlarda yağmursuz hava şəraiti gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimal olunur. Havanın maksimal tempraturu aran rayonlarında 27-32, dağlarda isə 17-22 dərəcə isti olacaq".