Heyvan dişləməsi zamanı ilk tibbi yardım necə göstərilməlidir?

29 Sentyabr 2022 10:46 (UTC+04:00)

28 sentyabr Ümumdünya Quduzluq xəstəliyi ilə mübarizə günüdür. Quduzluq xəstəliyi dünyanın 150-dən çox ölkəsində yayılıb. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə əsasən dünyada hər 10 dəqiqədə bir nəfər, bir il ərzində isə 70 000-ə yaxın insan məhz quduzluq xəstəliyindən həyatını itirir. Bu səbəbdən Ümumdünya Heyvan Təşkilatının təşəbbüsü ilə hər ilin 28 sentyabr Quduzluq xəstəliyi ilə mübarizə günü kimi qeyd olunur. Burada məqsəd dünya ictimaiyyətini quduzluq xəstəliyinə qarşı birgə mübarizəyə təşviq etməkdir. Quduzluq xəstəlik xüsusi təhlükəli xəstəliklər sırasındadır. Bəs quduzluq xəstəliyinin simptomları nədir? Heyvan dişləməsi zamanı ilk tibbi yardım necə göstərilməlidir? Mərkəzi Gömrük Hospitalının Təcili yardım şöbəsinin təcili yardım həkimi Leyla Fətullayeva ATV-nin “Səhər” proqramına bu mövzuda ətraflı müsahibə verib.

Süjeti Sizə təqdim edirik:

https://youtu.be/BiC2ri1hMTY