Ötən gün yol qəzalarında 5 nəfər ölüb- DİN

29 Sentyabr 2022 10:44 (UTC+04:00)

Ötən gün yol qəzalarında 5 nəfər ölüb.

Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 28-də respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.