Bakıda yeniyetmə qız itkin düşüb

29 Sentyabr 2022 09:30 (UTC+04:00)

Bakıda yeniyetmə qız itkin düşüb. SİA-nın məlumatına görə, hadisə sentyabrın 28-də baş verib.

Belə ki, 2009-cu il təvəllüdlü Həsənzadə Ülviyyə Ülvi qızı hazırlığa getmək adı ilə evdən çıxıb geri qayıtmayıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.