Dünya Bankı Ukraynaya 11 milyard dollar verib

29 Sentyabr 2022 08:46 (UTC+04:00)

Dünya Bankı Ukraynaya dəstək üçün 11 milyard dollar verib. SİA-nın məlumatına görə, bu barədə bankın rəhbəri Devid Malpass müvafiq açıqlama verib.

Onun sözlərinə görə, pul Kiyevə kredit təşkilatının və onun məqsədli fondlarının müxtəlif layihələri vasitəsilə verilib.

Bildirilib ki, indiyə qədər Ukraynaya 13 milyard dollar yardım ayrılıb.