Güclü qasırğa 2 milyondan çox insanı işıqsız qoyub

29 Sentyabr 2022 08:06 (UTC+04:00)

ABŞ-ın Florida ştatında “İan” qasırğası nəticəsində işıqsız qalan elektrik istehlakçılarının sayı 2 milyon nəfəri keçib. SİA xəbər verir ki, bu barədə Şimali Amerikanın elektrik şəbəkəsi şirkətlərinin məlumatlarını birləşdirən Poweroutage.com portalı məlumat yayıb.

Yerli vaxtla saat 22.15-ə (Bakı vaxtı ilə 06.15) olan statistikada şəbəkədən kəsilmiş istehlakçıların sayı 2 milyon 2 min nəfər təşkil edib.

Belə ki, portalın məlumatına görə, hazırda ştatda qeydiyyatda olan bütün elektrik istehlakçılarının təxminən 20 %-i işıqsız qalıb.