"Ukraynaya dəymiş ziyan ÜDM-ni 1,6 dəfə üstələyib" - BAŞ NAZİR

29 Sentyabr 2022 06:43 (UTC+04:00)

Rusiyanın başladığı müharibə nəticəsində Ukraynaya dəymiş ziyan artıq ölkəmizin ümumi daxili məhsulunu (ÜDM) 1,6 dəfə üstələyib. SİA xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıxal keçirdiyi iclasda məlumat verib.

"İyun ayı üzrə itki ilə bağlı vəziyyət müəyyən edilib. Bu hesabata görə, dəymiş ziyan 350 milyard dollar təşkil edir. Təbii ki, bu məbləğ dövlətimizin ötən ilki ÜDM-dən 1,6 dəfə çoxdur”, - deyə o bildirib.

Şmiqal qeyd edib ki, ilk növbədə tez bir zamanda sosial və kritik infrastruktur, eləcə də qışa hazırlıq üçün maliyyə vəsaiti lazımdır.