"Müharibə var və bu, dünya müharibəsidir" - ROMA PAPASI

29 Sentyabr 2022 06:24 (UTC+04:00)

Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk sentyabrın 15-də Qazaxıstana səfəri zamanı bəzi Cizvit keşişləri ilə də görüşüb. SİA xəbər verir ki, Roma Papası Fransisk bu səfər zamanı açıqlama verib və Rusiya-Ukrayna müharibəsindən danışıb.

Katoliklərin ruhani lideri bunları deyib: "Müharibə gedir. Məncə, bunu yaxşı və pisin olduğu bir kovboy filmi kimi düşünmək səhvdir. Bunun iki xalq arasında müharibə olduğunu düşünmək də səhvdir. Müharibə var və bu, dünya müharibəsidir".

Papa onu da qeyd edib ki, Ukraynaya daha əvvəl mümkün olacağını açıqladığı səfər indiki mərhələdə gündəmdə deyil.